reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" cavab matçını səfərdə keçirəcək


Bu gün Avropa Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılıb.  

Sportfm.az xəbər verir ki, püşkatmada "Qəbələ", "İnter" və "Zirə"nin də rəqiblərinin adları məlum olub. "İnter"lə "Zirə" mübarizəyə 1-ci, "Qəbələ" isə 2-ci təsnifat mərhələsindən başlayacaq. Hər üç komandamız püşk zamanı səpələnmişlər səbətində yer almışdı.

Püşkün nəticələrinə əsasən, "Zirə" ilk mərhələdə Lüksemburqun "Differdanj" klubuyla qarşılaşacaq. "Qartallar" püşkə əsasən ilk oyununu Bakıda keçirməlidi. Ayxan Abbasovun yetirmələri "Differdanj" səddini keçəcəyi halda, ikinci təsnifat mərhələsində Rumıniya təmsilçisi "Astra" ilə qarşılaşacaq.

"İnter" isə ilk mərhələdə "Mladost"la (Serbiya) üz-üzə gələcək. Zaur Svanadzenin yetirmələri püşkə görə ilk oyununu səfərdə keçirəcək. "İnter” isə serbləri sıradan çıxaracağı təqdirdə, "Fola” (Lüksemburq) - "Milsami” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.  

Mübarizəyə 2-ci təsnifat mərhələsindən "Qəbələ"nin potensial rəqibləri bəlli olub. "Qırmızı-qaralar" 2-ci təsnifat mərhələsində "Yagelloniya" (Polşa) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri ilk oyununu iyulun 13-də evdə, cavab görüşünü isə iyulun 20-də səfərdə keçirəcək. 


Oxşar xəbərlər

"Zirə", "Sumqayıt" və "Sabah"ın potensial rəqibləri bilindi
"Zirə"nin potensial rəqibləri məlum oldu
“Neftçi”, “Sabah” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi - Konfrans Liqası
"Zirə" Rumıniya klubu ilə harada oynayacaq?
"İnter" "Mladost", "Zirə" "Differdanj"la qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər