reklam
Azərbaycan Kuboku onların oldu
Sportfm.az xəbər saytı

Azərbaycan Kuboku onların oldu


Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qalib müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda “Azərreyl” və “Xilasedici” kollektivləri üz-üzə gəliblər.

Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.

“Azərreyl” yarımfinalda “Murov Az Terminal”ı, “Xilasedici” isə “Neftçi”ni üstələmişdi.

Qadınlar arasında Azərbaycan Kubokunun sahibi bu gün baş tutacaq “Gəncə” və “Abşeron” kollektivlərinin final görüşündən sonra bəlli olacaq.

Oxşar xəbərlər

Kubokun keçiriləcəyi tarixlər bilindi
“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı
Çempionatda pley-offun iştirakçıları müəyyənləşdi
“Gəncə” və “Azərreyl”dən qələbə
Oyunların vaxtı açıqlandı - Azərbaycan çempionatında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər