Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Oyunların vaxtı açıqlandı -Azərbaycan çempionatında
Sabah voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.
Sportfm.az xəbər verir ki, dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.
Qadın voleybolçuların mübarizəsində 6-cı tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Bu görüş saat 15:00-da start götürəcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılacaqlar. Saat 16:00-da başlayacaq bu matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klububun idman zalında baş tutacaq. Saat 19:00-da UNEC və “Azərreyl” üz-üzə gələcək.
Həmin gün kişi voleybolçuların Yüksək Liqasında da bir oyun baş tutacaq. Saat 18:00-da GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gələcək.
Yüksək Liqa (qadınlar)
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Ünvan: GƏNCƏ OİK
16:00. “Abşeron” – “Murov Az Terminal” (CBC SPORT-canlı)
Ünvan: GİN-nin Voleybol Mərkəzi
19:00. UNEC – “Azərreyl”
Ünvan: UNEC VK-nun idman zalı.
Yüksək Liqa (kişilər)
18:00. “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın”

Oxşar xəbərlər
“Gəncə” və “Azərreyl”dən qələbə
12-ci turun oyun cədvəli açıqlandı
“Neftçi” uduzdu, “Xarı Bülbül” qalib gəldi
Azərbaycan çempionatında növbəti oyunların proqramı
Azərbaycan çempionatlarında açılış mərasiminin vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası