reklam
4 güləşçimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

4 güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı


Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı keçirilir.

Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın sərbəst güləşçiləri yarışda mübarizəyə başlayacaqlar.

Nürəddin Novruzovun (61 kq) 1/8 finaldakı rəqibi Cude Hammer (Quatemala) - Ahmet Duman (Türkiyə) cütünün qalibi olacaq.

Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvami ilə qarşılaşacaq.

Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistan güləşçisi Arman Avakyanla üz-üzə gələcək.

Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniyadam Redjep Haydari ilə qarşılaşacaq.

Həmçinin bu gün qadın güləşçilərimiz təsəlliverici görüşlərini keçirəcəklər. Alyona Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir,

Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə güləşəcək.

Qeyd edək ki, ötən gün yarışda yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Azərbaycan təmsilçiləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Azərbaycan yunan-Roma güləşi millisi isə komanda hesabında birinci yeri tutub.

Oxşar xəbərlər

Sərbəst güləşçilərimiz mübarizəyə başlayır
Daha üç güləşçimiz mübarizəyə qoşulur - Dünya çempionatı
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır - Dünya çempionatı
Daha 2 qadın güləşçisi mübarizəyə başlayır - Dünya çempionatı
Güləş millilərimizin heyətləri açıqlandı - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər