reklam
“Qızıl top”un  qalibi Rodri oldu
Sportfm.az xəbər saytı

“Qızıl top”un qalibi Rodri oldu


“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “qızıl top” mükafatının sahibi məlum olub.

Sportfm.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.

Beləliklə, Rodri (“Mançester Siti”) ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

“Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.

“Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati də 2023/24 mövsümünün yekununa əsasən qadınlar arasında “qızıl top”un sahibi olub.

Oxşar xəbərlər

"Qızıl top"un veriləcəyi tarix məlum oldu
"The Best" mükafatının qalibi Messi oldu
Messi yenə "Qızıl top"u qazandı
"Qızıl top"un sahibi bu gün məlum olacaq
Messi 8-ci dəfə "Qızıl top"un sahibi olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər