Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qızıl top"un sahibi bu gün məlum olacaq
"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi bu gün müəyyənləşəcək.
Sportfm.az xəbər verir ki, qalibin adı Parisdəki "Şatle" teatr binasında keçiriləcək mərasimdə açıqlanacaq. Tədbir Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.
İlin futbolçusu adına 30 namizəd var ki, onlardan 3-ü bu mükafatı qazanmağa daha iddialı hesab olunur. Bunlar Lionel Messi ("İnter Mayami", Argentina), Erlinq Haaland ("Mançesterr Siti", Norveç) və Kilian Mbappedir (PSJ, Fransa).
Qeyd edək ki, Messi indiyədək bu mükafatı 7 dəfə qazanıb. Argentina millisi ilə son dünya çempionatının qalibi olan hücumçunun bu dəfə də "Qızıl top"a sahib olacağı haqda xəbərlər yayılıb.
Xatırladaq ki, mükafatın son qalibi bu yay "Real"dan ayrılaraq "Əl-İttihad"a keçən Kərim Benzemadır.

Oxşar xəbərlər
"The Best" mükafatının qalibi Messi oldu
11 futbolçu ən yaxşı adına namizəddir
Səsvermənin nəticəsi açıqlandı - Qızıl top
Messi yenə "Qızıl top"u qazandı
Messi 8-ci dəfə "Qızıl top"un sahibi olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası