reklam
Millimiz dünya birinciliyinə Özbəkistanda hazırlaşır
Sportfm.az xəbər saytı

Millimiz dünya birinciliyinə Özbəkistanda hazırlaşır


Azərbaycanın gənc boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçiriləcək dünya birinciliyinə hazırlığı Özbəkistanda davam etdirəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində ev sahibləri, Ukrayna, Tacikistan və Belarus millisi ilə təşkil olunacaq məşqlərə 13 boksçu ilə yollanıb.

Məşqçilər korpusu hazırlığa Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevanı (63 kq) cəlb edib.

Bu gün başlayacaq toplanış oktyabrın 17-də yekunlaşacaq.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 22-dən noyabrın 3-dək keçiriləcək.

Oxşar xəbərlər

Boksçularımız beyəlxalq turnirdə iştirak edəcək
Boksçularımızdan rekord
Boksçularımız 6 medalla qayıdırlar - Dünya Kuboku
Azərbaycan yığmalarının heyəti açıqlandı - Avropa birinciliyi
9 nəfər hazırlaşır, 5-i iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər