reklam
9 nəfər hazırlaşır, 5-i iştirak edəcək
Sportfm.az xəbər saytı

9 nəfər hazırlaşır, 5-i iştirak edəcək


Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir.

Boks Federasiyasından Sportfm.az-a verilən məlumata görə, komanda təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Yığmamız məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcək. Toplanışa 9 boksçu cəlb edilib. Onlardan 5-i mundialda iştirak edəcək idmançılarımızdır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.

Oxşar xəbərlər

Boks Federasiyasında dünya çempionatına yollanacaq yığma ilə görüş keçirilib
Boks Federasiyasında milli komandanın üzvləri ilə görüş keçirilib
Hazırlğın son mərhələsi başladı
Avropa çempionatına 10 idmançı ilə
Azərbaycan boksçularının İslamiada üçün heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər