
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Boksçularımız 6 medalla qayıdırlar -Dünya Kuboku
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kubokuna yekun vurulub.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.
Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından, Azərbaycan təmsilçisi ikinci yeri tutub.
Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.
Oxşar xəbərlər
Boksçumuz dünya kubokunun finalına yüksəldi
3 boksçumuz qələbə qazandı - Dünya Kuboku
Millətlər Kubokundan 11 medal
Azərbaycan boksçusu Avropa çempionu oldu - UĞUR
3 boksçusumuz 1/4 finalda - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin