reklam
UEFA-dan “Qarabağ”a görünməmiş cəza
Sportfm.az xəbər saytı

UEFA-dan “Qarabağ”a görünməmiş cəza


UEFA “Qarabağ” klubunu 28500 avro cərimələyib.
Sportfm.az xəbər verir ki, buna Azərbaycan çempionunun Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi 3-cü təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.

“Köhlən atlar” Bakıda Xorvatiyanın “Dinamo” komandasına uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. “Qarabağ” “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro cərimələnib.

Oxşar xəbərlər

"Qarabağ"ın aparıcı futbolçuları "Dinamo" ilə matçlarda oynamayacaq
Azarkeşlər "Kəpəz"i ziyana saldı
UEFA “Qarabağ”ı cərimə etdi - 45750 avro
UEFA "Qarabağ"la oyuna görə "Marsel"i cərimələdi - Təxribat
UEFA "Qarabağ"ı növbəti dəfə cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər