UEFA "Qarabağ"ı növbəti dəfə cərimələdi
UEFA növbəti dəfə "Qarabağ" klubunu cərimələyib.
Sportfm.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.
Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün "Qarabağ"a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.
Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya "Sevilya"sına məğlub olub - 0:3.
UEFA daha öncə "Qarabağ"ı İrlandiya Dandolk"unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib.
Oxşar xəbərlər
UEFA “Qarabağ”ı cərimələdi
UEFA "Qarabağ"a intizam işi açdı
UEFA "Qarabağ"ı cərimələdi
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası