reklam
Sportfm.az xəbər saytı

"Bu gün rəqib qələbəyə layiq idi" - Kurban Berdıyev


“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan”ı qəbul edib.
Sportfm.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib.

Təcrübəli çalışdırıcı “Araz-Naxçıvan”nın qələbəyə layiq olduğunu bildirib:

“Düşünürəm ki, rəqimiz qələbəyə daha layiq idi. Axıra kimi mübarəzə apardılar. Biz isə səhvlərimizdən nəticə çıxarmalıyıq. Paltardəyişmə otağında bununla bağlı oyunçularıma artıq bildirmişəm.

Sözsüz ki, Aleksin yoxluğu hiss olunur. Yaradıcı oyunçudur. Amma bu futboldur, bəzən zədələr qaçılmaz olur.

Bəli, bu oyun ən çox narazı qaldığım oyunlardan idi. Əsasən də ikinci toxunuşlarda “Araz-Naxçıvan” üstün tərəf idi. Bu gün rəqib qələbəyə layiq idi.
“Turan Tovuz” növbəti turda səfərdə “Şamaxı”nın qonağı olacaq.

Oxşar xəbərlər

"Turan Tovuz" "Araz-Naxçıvan"a məğlub oldu - Misli Premyer Liqası
“Qarabağ” “Turan Tovuz”a, “Araz Naxçıvan” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Turan Tovuz" "Araz-Naxçıvan"ı, "Qarabağ" - "Zirə"ni məğlub etdi
“Araz-Naxçıvan” “Turan Tovuz”la bərabərə qaldı
“Araz-Naxçıvan” “Turan Tovuz”la qarşılaşacaq - Yoxlama oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər