reklam
Şahmat üzrə xatirə turniri keçirilib -
Sportfm.az xəbər saytı

Şahmat üzrə xatirə turniri keçirilib -FOTO


Avqust ayının 17 və 18-i “Sabah” Şahmat Akademiyasında Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə şahmat üzrə SSSR-in əməkdar məşqçisi Salman Süleymanovun xatirəsinə həsr olunmuş sürətli şahmat yarışı keçirilmişdir.

Sportfm.az xəbər verir ki, bu yarışda Azərbaycanın 30-a yaxın istedadlı yeniyetmə şahmatçıları iştirak etmişdi, o cümlədən avropa çempionları, dünya çempionları, Azərbaycan çempionatının medalçıları, cari ilin Azərbaycan çempionatının qalibləri.

Yarışda şahmatçılara mükafat fondu ayrılmışdır. Bütün qaliblərə pul mükafatları təqdim olunmuşdur.

Yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının Uşaq və Gənclər Komissiyasının sədri, Beynəlxalq Grossmeyster, əməkdar məşqçi Fərid Abbasov və Azərbaycan Şahmat Federasiyasının İcrayyə Komitəsinin üzvi, Beynəlxalq Grossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov çıxış etmişdilər. Süleymanov Salmanı gözəl xatirələr ilə yad edib, gənc nəsilə onun haqqında məlumat vermişdilər.

Oxşar xəbərlər

Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqləndi
Azərbaycanlı mütəxəssis ilin məşqçisi adına layiq görülüb
Günay Məmmədzadə çinli ilə mübarizə aparacaq
Şahmat üzrə Azərbaycan çempionatının açılışı oldu
“Gəncə Open-2018” şahmat turniri start götürdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər