Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqləndi
Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti konfransı keçirilib.
Sportfm.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib.
Federasiyanın 2023-cü il üzrə büdcə hesabatı dinlənilib və təsdiq olunub. Cari ilin büdcəsi isə müzakirə olunaraq qəbul edilib.
AŞF-nin nəzdində fəaliyyət göstərən Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Qadın və Sosial məsələlər üzrə komissiyaların 2023-cü ildə görülən işlər barədə məruzələri dinlənilib və 2024-cü il üçün planları açıqlanıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov şahmat veteranlarının təqaüd proqramı barədə məlumat verib.
M.Məmmədov Azərbaycan şahmatının inkişafında səmərəli fəaliyyət göstərən Ələmdar Məmmədov, Genadi Qelman və Elmira Əliyevanı yubiley münasibətilə təbrik edib. Onlara AŞF adından təşəkkürnamə və 3000 manat pul mükafatı təqdim olunub.

Oxşar xəbərlər
İcraiyyə Komitəsinin iclası keçirildi - ŞAHMAT
Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi
Veteranlar arasında ölkə çempionatı başladı - 3000 manat mükafat
FIDE Faiq Həsənovun yubileyini təbrik etdi
Şahmat Federasiyasında yeni vitse-prezident - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası