Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Hidayət özü ona imkan yaradırdı..." -Danışır Sensey Tərlan Həsənov
Cüdoçumuz Hidayət Heydərov Parisdə final görüşündə güləşir, o isə Bakıda ailəsini başına toplayıb həyəcanla yetirməsinin mübarizəsini izləyir, həyəcan keçirir, sevinir və sonda göz yaşlarını saxlaya bilmir. Bəli, bu görüntülər Hidayətin final görüşü qədər paylaşıldı, müzakirə edildi. Həmin görüntülərdə Hidayətin müəllimi, Azərbaycan cüdosunun babası, onlarla adlı-sanlı idmançı yetişdirən qocaman əməkdar məşqçi Tərlan Həsənovdu. O Tərlan Həsənov ki, hazırda paytaxtın Nizami rayonunda, "Neftçilər" metrosunun yaxınlığında kiçik şəraitsiz bir zalda yeni Hidayətlər yetişdirməyə davam edir. 82 yaşlı ağsaqqalla söhbətə onun dediyi sözlərlə başladım "Tərlan müəllim, Allah qorusun, deyirdiz ki, heç olmasa bir Olimpiya çempionu yetişdirməsəm, bu dünyadan köçməyəcəm, indi hədəf nədir?" - Mən, bundan sonra yetirməmi ikiqat olimpiya çempionu kimi görmək istəyirəm, bu bizim cüdo tariximizdə olmayıb, amma olacaq. Çox inanıram.
- Bunu Hidayətdən gözləyirsiz?
- Bəli, ona böyük ümidlər bəsləyir. O, ümidləri doğrultdu. Hidayət bizim başımızı ucaltdı. İndi ondan ikinci olimpiya qızıl medalını gözləyirəm. Hidayət bunu edəcək gücdədi.
- Tərlan müəllim, finalı izlədiyiniz həyəcanlı görüntülər bütün sosial şəbəkələri bəzəyir.
- İnanın özümdə deyildim, ancaq bir an olsun belə Hidayətin qələbə qazanacağına şübhə etmirdim. O, finalda çox ehtiyatlı və taktiki cəhətdən savadlı güləşdi.
- Bəzi məqamlarda fransız daha fəal görünürdü, sanki Hidayət fiziki cəhətdən rəqibindən geri qalırdı.
- Fransız çox güclü cüdoçudur. Hidayət özü ona imkan yaradırdı, məqsəd onu öz gücünə inandırıb əks fənd tətbiq etmək idi ki, sonda bu da oldu. Fransız idmançı bundan əvvəlki görüşlərdə "şido" xalı ilə qalib gəlmişdi, Hidayət onu onun silahı ilə vurdu.
- Görüntülərdən çox böyük həyəcan keçirdiyiniz görünür.
- Yerimdə dura bilmirdim. Bu mənim həyatımın ən gözəl anları idi(kövrəlir).
- Sensey, cüdomuzun gələcəyini necə görürüsüz?
- İnşallah daha da yaxşı olacaq. Kütləvilik olmalıdı, seçim imkanı çox olmalıdı. Məhz onda güclü inkişaf olacaq.
Qeyd edim ki, Hidayət bu gün zala gələrək qazandığı olimpiya qızıl medalını məşqçisinin boynundan asıb.
FOTO: Sportfm.az

Oxşar xəbərlər
Hidayət Heydərov Olimpiya çempionudur
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Hidayət Heydərov dünya çempionu oldu
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Hidayət Heydərov Avropa çempionu oldu - İkinci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası