Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ümidimiz Hidayət Heydərov yarımfinalda -PARİS - 2024
Azərbaycanın təmsil edən cüdoçu, dünya və Avropa çempionu Hidayət Heydərov bu gün 33-cü Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, 73 kq. çəki dərəcəsində yarışan Heydərov mübarizəyə 1/8 finaldan start verib. Onun rəqibi Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı Tohar Butbul olub. Görüş Hidayət Heydərovun əlavə vaxtda qazandığı qələbə xalı (rəqibin 3 şido xalı) sayəsində başa çatıb.
Beləliklə, H.Heydərov 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Kanada idmançısı Artur Margelidon olub. 30 yaşlı cüdoçu 2 dəfə Panamerikan Oyunlarının qalibidir. O, bir neçə dəfə də Qran-pri yarışlarında gümüş və bürünc medal qazanıb.
H.Heydərov ağır keçən döyüşün əlavə vaxtında (golden score) ipponla qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq. Akil Qyakova 2021-ci ildə Avropa çempionu olub.
Qeyd edək ki, cüdo yarışlarına bu gün yekun vurulacaq. Medal uğrunda görüşlər isə Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlanacaq.

Oxşar xəbərlər
Azərbaycan 2-ci Olimpiya qızılını qazandı
Azərbaycan Olimpiadada daha bir medal qazandı
Hidayət Heydərov Olimpiya çempionudur
"Hido" finalda - PARİS - 2024
Hidayət Heydərov Avropa çempionu oldu - İkinci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası

Misli Premyer Liqası