reklam
“Qarabağ” “Ludoqorets”i keçərsə bu komandalarla düşəcək -
Sportfm.az xəbər saytı

“Qarabağ” “Ludoqorets”i keçərsə bu komandalarla düşəcək -SİYAHI


“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki səbəti müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu həmin raunda yüksəlsə, püşkatma zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Buna səbəb PAOK (Yunanıstan) və “Ferensvaroş”un (Macarıstan) mərhələ adlaması olub.

Bu iki komandanın III təsnifat mərhələsində təşkil etdiyi cüt “Qarabağ”ın potensial rəqibləri olacaq. Digər mümkün rəqiblər isə pley-offdan yarışa qoşulacaq “Dinamo” (Zaqreb, Xorvatiya), “Srvena Zvezda” (Serbiya) və “Yanq Boyz” (İsveçrə) olacaq. Təbii ki, bunun üçün “Qarabağ” 3-cü təsnifat mərhələsində Bolqarıstan “Ludoqorets”ini məğlub etməlidir.

Pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq. Bu raundun oyunları isə avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Oxşar xəbərlər

"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi müəyyənləşir - Püşkatma
"Qarabağ"ın potensial rəqibləri məlum oldu - Oyun harda olacaq?
"Qarabağ"ın Avropa Liqasında potensial rəqibləri azaldı
Komandamızın rəqibləri bilinir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər