Komandamızın rəqibləri bilinir
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ"ın püşk nəticəsində potensial rəqibləri bəlli olacaq.
Ağdam klubu 3-cü təsnifat mərhələsində BATE-ni mübarizədən kənarlaşdırsa, səpələnməmişlər səbətində yer alacaq. "Qarabağ" pley-offa yüksəlsə, püşk zamanı səpələnmişlər səbətində yer alan PSV (Hollandiya), "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlərinin qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası, pley-off mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
"Zalsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi
PSV (Hollandiya)
"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi
"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi
Səpələnməmişlər
"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi
"Yanq Boyz" (İsveçrə)
"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi
Liqa Yolu
Səpələnmişlər
"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi
"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi
Səpələnməmişlər
"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi
PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Molde" cütünün potensial rəqibi məlum olacaq - Çempionlar Liqası
"Qarabağ"ın Avropa Liqasında potensial rəqibləri azaldı
Bu gün "Qarabağ"ın potensial rəqibləri müəyyənləşəcək
ÇL-də III təsnifat mərhələsinin püşkü atıldı - Cütlər
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası