reklam
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi müəyyənləşir -
Sportfm.az xəbər saytı

“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi müəyyənləşir -Püşkatma


Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, UEFA-nın mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ" da təmsil olunacaq. ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) cütü  “səpələnməmişlər” səbətində yer alıb.

Cütün qalibi pley-off mərhələsində aşağıda adları qeyd olunan komandalardan biri ilə qarşılaşacaq:

"Kopenhagen" (Danimarka)

"Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

Oxşar xəbərlər

“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi bilindi
Pley-off mərhələsinin cütləri - Çempionlar Liqası
“Qarabağ” Mahir Emrelinin komandası ilə qarşılaşa bilər
"Qarabağ" - "Molde" cütünün potensial rəqibi məlum olacaq - Çempionlar Liqası
"Qarabağ"ın Avropa Liqasında potensial rəqibləri azaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər