Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu gün millimiz mübarizəyə başlayır -Paris-2024
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 4-cü gündür.
Sportfm.az[sub][/sub] xəbər verir ki, Azərbaycanın 6 idmançısı və 1 milli komandası mübarizəyə qoşulacaq.
Akademik avarçəkmə (fərdi)
Bu idman növündə Azərbaycan təmsilçisi edən Diana Dımçenko 1/4 finalda qüvvəsini sınayacaq. O, isveçrəli Yanzen Aurelia-Maksima Katalinaya, yeni zelandiyalı Tviqq Emmaya, ispaniyalı Dias Rivas Vircinaya, serbiyalı Arsik Covanaya və Filippinli Delqaso Joaniyə qarşı yarışacaq.
Avarçəkmə yarışları saat 11:30-da başlanır.
Cüdo
Bu gün 81 kq çəki dərəcəsində cüdoçumuz Zelim Tçkayev tatamiyə çıxacaq. Onun rəqibi hələlik məlum deyil. İlk mərhələdən azad olan Tçkayev mübarizəyə 1/8 finaldan qoşulacaq. Hələlik onun rəqibi bəlli deyil.
Cüdo yarışları saat 12:00-da başlanır.
Üzgüçülük
Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində mübarizə aparacaq.
Üzgüçülük yarışları saat 13:00-da başlanır
Boks
Nicat Hüseynovun (51 kq) 1/16 finaldakı rəqibi Dominikan boksçusu, Pan Amerika Oyunlarının qalibi, Mərkəzi Amerika və Karib Oyunlarının gümüş mükafatçısı olan Junior Alkantara Reyesdir.
Döyüşün saat 17:30-da başlaması nəzərdə tutulub.
Murad Allahverdiyev (80 kq) də mübarizəyə 1/16 finaldan qoşulacaq. O, bu mərhələdə misirli idmançı, Afrika Oyunlarının qızıl və gümüş mükafatçısı, Afrika çempionatında gümüş, Aralıq dənizi oyunlarında qızıl medal qazanan Abdelrahman Abdelcavvadla qarşılaşacaq.
Döyüşün saat 18:34-də başlaması planlaşdırılıb.
Kamandan oxatma
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuanla görüşəcək. An Qixuan artıq Paris-2024-də komanda yarışlarında gümüş medala sahib çıxıb. Həmçinin o, Asiya Oyunlarında da komanda yarışları üzrə gümüş medal qazanıb.
Görüşün saat 20:11-də başlaması nəzərdə tutulur.
3x3 basketbol
Nəhayət, günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək. İspaniya millisi 1 dəfə Avropa çempionatının qalibi olub, 2 dəfə gümüş medal qazanıb. Həmçinin komanda Avropa Oyunlarında 2 dəfə bürünc medala yiyələnib.
Matç saat 23:00-da başlanacaq.
Bu gün Azərbaycan idmançısı Diana Dımçenkonun da mübarizə aparacağı triatlon üzrə yarışların keçirilməsi də planlaşdırılırdı. Lakin yarış sabaha təxirə salınıb. Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır. Ancaq Beynəlxalq Triatlon Federasiyası idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək yarışın sabah baş tutacağına zəmanət verməyib.

Oxşar xəbərlər
Bu gün basketbol millimiz qrupda son oyununa çıxacaq - Paris-2024
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Bu gün 6 idmançımız yarışa çıxır - Paris-2024
3 idmançımız mübarizəyə başlayır - Paris-2024
İdmançılarımız bu gün mübarizəyə başlayır - Paris-2024
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino

Misli Premyer Liqası