reklam
Azərbaycan BOK-a etiraz məktubu göndərdi
Sportfm.az xəbər saytı

Azərbaycan BOK-a etiraz məktubu göndərdi


İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib.
Sportfm.az xəbər verir ki, eyni zamanda, telekanalının müxbiri Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb.

Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də, BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.

Oxşar xəbərlər

Paris-2024 Olimpiya Oyunlarına biletlər satışda
Rusiyalı idmançılar Paris-2024-də iştirak edəcək - ABŞ istəyir
İrəvandakı təxribatla bağlı sərt etiraz - Məktubu ünvanlandı
Lukaşenkoya qadağa qoyuldu - BOK tərəfindən
AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər