AFFA Rusiya Futbol İttifaqına etiraz məktubu göndərdi
AFFA Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu göndərib.
Sportfm.az xəbər verir ki, Milli Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun report-a verdiyi məlumata görə, rəsmi etiraz Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ının nümayiş etdirilməsi ilə əlaqədar bildirilib.
M.Nərimanoğlu deyib ki, məktubda fakt qəti şəkildə pislənilib və RFS-dən faktla əlaqədar tədbir görülməsi xahiş olunub.
Qeyd edək ki, ermənilərə məxsus komandanın fanatları "Ryazan"la oyun zamanı tribunada Ermənistan və qondarma qurumun bayraqlarını yanaşı asıblar. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır.
Oxşar xəbərlər
Azərbaycan BOK-a etiraz məktubu göndərdi
AFFA ermənilərin təxribatına görə FIFA-ya müraciət edəcək
AFFA FİFA-ya müraciət ünvanlayacaq - Ermənilərin təxribatına görə
UFC prezidentinə etiraz məktubu göndərildi - Təxribatçı erməniyə görə
Dağlıq Qarabağın Azərbaycanlı İcması etiraz məktubu göndərdi - Onlar narahatdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası