Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Federasiyada türkiyəli mütəxəssis -Təyinat
Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.
Sportfm.az saytına bu barədə federasiyadan məlumat verilib.
Bildirilib ki, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.
Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasən onunla iki illik müqavilə imzalanıb.
Müqaviləyə görə, Turqay Zeytingöz aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastrukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq.
T.Zeytingöz sonuncu dəfə Türkiyənin "Qalatasaray" basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsini icra edib.
O, daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionatının qızıl, iki dəfə isə bürünc medalını qazanıb.

Oxşar xəbərlər
İlqar Qurbanov millinin idman direktoru oldu - TƏYİNAT
Faiq Qarayev N-ci dəfə yığma komandamızda
“Gəncə”nin yeni baş məşqçisi
"Neftçi"də yeni müqavilə
"Neftçi"nin icraçı direktoru yenə dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası