Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" Gəncə klubu ilə oynayacaq
"Neftçi” PFK-nın A komandasının 2017/18 mövsümünə hazırlıq planı müəyyənləşib. İyunun 24 və 25-də tibbi baxışdan keçəcək komanda ayın 26-da Bakıda 3 mərhələli toplanışa start verəcək.
Sportfm.az xəbər verir ki, yyın 23-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. İyulun 12-də "Kəpəz”lə qarşılaşacaq "Neftçi”nin ayın 15-də, 19-da və 22-dəki rəqibləri dəqiqləşməyib.
İyulun 24-dən etibarən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək komanda ayın 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. "Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.
Oxşar xəbərlər
"Qəbələ" Türkiyədə 3 oyun keçirəcək - Hazırlıq planı
“Neftçi”nin yeni mövsümə hazırlıq planı bilindi
"Qəbələ" Gəncə klubu ilə qarşılaşacaq
"Qəbələ" üçün daha üç rəqib
“Kəpəz”in hazırlıq planı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası