reklam
Sportfm.az xəbər saytı

"Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir" -İlham Əliyev


“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.
Sportfm.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşımında deyilir.

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda “boz qurd” işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral UEFA tərəfindən 2 oyunluq cəza alıb.

Oxşar xəbərlər

UEFA Merih Demiralı cəzalandırdı - RƏSMİ
Türkiyə səfirinə Merih Demirala görə irad bildirildi
Merihdən 2 rekord birdən
UEFA "bozqurd"a görə araşdırma başlatdı - FOTO
Ölkə prezidenti İlham Əliyev Ramil Quliyevi təbrik etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər