reklam
Merihdən 2 rekord birdən
Sportfm.az xəbər saytı

Merihdən 2 rekord birdən


Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Avstriyanı məğlub edən Türkiyə millisinin futbolçusu Merih Demiral iki rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, qarşılşamanın 1-ci dəqiqəsində rəqibin qapısına yol tapan 26 yaşlı müdafiəçi Avropa çempionatlarının pley-off mərhələlərində ən erkən qolu vurub.

Bundan əvvəlki rekord AÇ-2016-nın 1/4 finalının Portuqaliya - Polşa matçında qeydə alınıb. İkincilərin futbolçusu Robert Levandovski Portuqaliya yığmasının penaltilər seriyasında (5:3) qələbə qazandığı görüşün başlamasından 1 dəqiqə 40 saniyə sonra fərqlənmişdi.

Avstriya ilə matçda iki qol vuran Demiral həm də Türkiyə millisinin heyətində Avropa çempionatlarının pley-off matçlarında dubl edən ilk futbolçu olub.

Qeyd edək ki, Avstriya - Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığmasının qollarını 1-ci və 59-cu dəqiqədə Demiral rəqib qapısından keçirib.

Oxşar xəbərlər

"Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir" - İlham Əliyev
Türkiyə səfirinə Merih Demirala görə irad bildirildi
UEFA "bozqurd"a görə araşdırma başlatdı - FOTO
Türkiyə yığmasının üzvü də ərəblərin puluna tamahlandı
Merih Demiral Türkiyə millisinə kömək edə bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər