reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Salmanla müqavilə bağladı


“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportfm.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Müdafiəçi Salman Ələsgərov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Klubun akademiyasının yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Oxşar xəbərlər

“Qəbələ”də növbəti transfer
Yığmamızın sabiq üzvü "Qəbələ"də
"Qəbələ"dən daha bir transfer - 1 illik müqavilə
"Qəbələ"dən ilk transfer - RƏSMİ
“Qəbələ”nin futbolçusu “Zirə”də - 2 illik müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər