Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Araz-Naxçıvan”ın yay hazırlıq planı
“Araz-Naxçıvan”ın yay hazırlıq planı məlum olub.
Sportfm.az xəbər verir ki, komanda üzvləri iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcək. Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaq. Oyunun keçirilmə yeri və rəqib haqda əlavə məlumat veriləcək. Bir günlük istirahətin ardından - iyulun 10-da komanda Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcək.
İyulun 27-dən Bakıda məşqlərini bərpa edəcək komanda mövsümün ilk matçına hazırlaşacaq.

Oxşar xəbərlər
“Araz-Naxçıvan” Superliqa klubuna qarşı - Yoxlama oyunu
“Sabah”ın yay hazırlıq planı
“Araz-Naxçıvan” da məşqləri bərpa etdi - FOTO
“Araz-Naxçıvan” Qəbələdə təlim-məşq toplanışı keçirəcək
"Zirə" yay hazırlıq planını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin