Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah”ın yay hazırlıq planı
“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Sportfm.az xəbər verir ki, komanda növbəti mövsümün hazırlığına iyunun 20-də Masazırda, “Bank Respublika Arena”da başlayacaq.
İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək “Sabah”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirəcək. “Sabah” iyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) komandası ilə qarşılaşacaq. Komanda iyulun 18-də Bakıya qayıdacaq.
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Komanda Konfrans Liqasında oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.

Oxşar xəbərlər
"Sabah" Sloveniyada meydana çıxır
"Araz-Naxçıvan”ın yay hazırlıq planı
"Qəbələ" Türkiyədə 3 oyun keçirəcək - Hazırlıq planı
“Neftçi”nin yeni mövsümə hazırlıq planı bilindi
“Sabah”ın yay hazırlıq planı bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin