reklam
Nazir uğur qazanan idmançıları mükafatlandırdı
Sportfm.az xəbər saytı

Nazir uğur qazanan idmançıları mükafatlandırdı


İyunun 3-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Aerobika gimnastikası, bədii gimnastika, boks, cüdo, akademik avarçəkmə, kayak, kanoe, karate, şotokan karate-do, kikboksinq, bodibildinq, MMA, sambo, savat, taekvondo, uşu, kunq-fu, üzgüçülük, parataekvondo, paraatletika, paracüdo idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Oxşar xəbərlər

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
Nazir idmançılarla görüşdü - uğurlu olanlarla
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü - FOTO
İdman naziri idmançılarla görüşdü
Əfran İsmayılov " İdman Ustası" oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər