reklam
Hokkey komandamız B Liqasının qalibi oldu -
Sportfm.az xəbər saytı

Hokkey komandamız B Liqasının qalibi oldu -Kazanda


Azərbaycanın hokkey üzrə “Baku Flames” komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında təşkil edilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B liqasının qalibi olub.
Sportfm.az xəbər verir ki, “Baku Flames” keçirdiyi hər üç oyunu qələbə ilə başa vurub.

“Baku Flames” qrupda İrana (11:6), Bəhreynə isə iki dəfə (8:3, 7:3) qalib gəlib.

Növbəti il komanda turnirin A liqasında çıxış edəcək.

Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparıb.

Oxşar xəbərlər

Qadın Seriyasının Qəbələ mərhələsinə start veriləcək
Fərid Qayıbov Azərbaycanda yeni idman növünün yaradılması üçün tapşırıq verdi
Kanadanın hokkey millisi dünya çempionu oldu
Hokkey üzrə dünya çempionatı Qazaxıstanda keçiriləcək
"Baku World Open"in qalibi məlum oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər