reklam
Qadın Seriyasının Qəbələ mərhələsinə start veriləcək
Sportfm.az xəbər saytı

Qadın Seriyasının Qəbələ mərhələsinə start veriləcək


Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start veriləcək.

Sportfm.az xəbər verir ki, turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək.

A qrupunda Azərbaycan, Portuqaliya, yığmaları, həmçinin "Baku Flames" və "Warsaw Lotto" (Polşa) klubları mübarizə aparacaq.

B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, "Barcelona Panthers" (İspaniya) klubu yer alıb.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Qəbələ mərhələsinin açılış oyunu saat 16:30-da Azərbaycan millisi və "Baku Flames" klubu arasında baş tutacaq.

Oxşar xəbərlər

Hokkey komandamız B Liqasının qalibi oldu - Kazanda
“Neftçi”nin oyunlarının təqvimi bilindi - Dünya Qadın Seriyası
“Neftçi” ABŞ millisi ilə qarşılaşacaq - Dünya Qadın Seriyası
“Neftçi”nin oyun təqvimi açıqlandı - Dünya Qadın Seriyası
Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər