reklam
Ançelotti Ferqyusonun tarixi rekordunu ələ keçirdi
Sportfm.az xəbər saytı

Ançelotti Ferqyusonun tarixi rekordunu ələ keçirdi


"Real"ın baş məşqçisi Karlo Ançelotti daha bir tarixi rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, italyan mütəxəssis UEFA Çempionlar Liqasında ən çox oyun keçirən məşqçi olub. Bu, yarımfinal mərhələsinin "Bayern" ilə cavab oyunundan (2:1) sonra rəsmiləşib.

Bu görüş Ançelotti üçün turnirdə (Çempionlar Liqası/Avropa Kuboku) karyerasında 203-cü oyun olub. Bu göstəriciyə görə 64 yaşlı mütəxəssis “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyusonun (202) rekordunu yeniləyib.

Çempionlar Liqasında oyunların sayına görə "ilk beşliy"ə Arsen Venger (190), Pep Qvardiola (171) və Joze Mourinyo (151) da daxildir.

Oxşar xəbərlər

Ançelotti Güleri təriflədi
Ançelotti Arda Güləri təriflədi - "Böyük istedada malikdir"
"Real" Ançelotti ilə müqaviləni uzatdı - RƏSMİ
Dünyanın ən yaxşı məşqçiləri - SİYAHI
Ançelotti "Real"ın futbolçusunu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər