reklam
Ançelotti Arda Güləri təriflədi -
Sportfm.az xəbər saytı

Ançelotti Arda Güləri təriflədi -"Böyük istedada malikdir"


"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Güləri tərifləyib.
Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Ançelotti Gülərin ilk qolu barədə danışarkən futbolçu haqqında xoş fikirlər səsləndirib: "Arda Gülər potensial vəd edən oyunçudur. O, böyük istedada malikdir. Vurduğu qol da maraqlı alındı. Çünki Arda bir o qədər işlək olmayan ayağı ilə fərqləndi. Onun "Real"da böyük gələcəyi olacaq. Hazırda türkiyəli futbolçudan razıyıq və ona güvənirik".

Qeyd edək ki, İspaniya çempionatının 28-ci turunda keçirilən "Real" - "Selta" (4:0) matçında Arda Gülər "Kral klubu"nun dördüncü qoluna imza atıb.

Oxşar xəbərlər

Arda Gülər "Real"a qələbə qazandırdı
Ançelotti Güleri təriflədi
Arda Gülər axır ki, Madrid klubunda debüt edəcək
Arda Gülər yenidən zədələndi
“Real” Arda Güləri rəsmən təqdim etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər