reklam
Ançelotti Güleri təriflədi
Sportfm.az xəbər saytı

Ançelotti Güleri təriflədi


"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Güler haqqında danışıb.
Sportfm.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi La Liqanın 29-cu turunda "Osasuna" ilə görüşün 90+4-cü dəqiqəsində meydanın mərkəzindən rəqibin qapısına zərbə endirib. Bu vaxt top qapı dirəyinə dəyib.

Ançelotti isə Gülerin bu zərbəsindən danışarkən onu tərifləyib: "Ardanın oyunda qol vurmamasının bir mənası yoxdur. Gülerin bu zərbəsi bizim üçün qol idi. Belə bir şeyi ancaq böyük istedadlar edə bilər. 19 yaşında özünə bu qədər inanan çox az futbolçu görmüşəm".

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a transfer olunub.

Ardanın zərbəsinə videonun 5:35-ci saniyəsindən baxa bilərsiniz.

Oxşar xəbərlər

Ançelotti Arda Güləri təriflədi - "Böyük istedada malikdir"
Ardaya görə məşqi iki dəfə dayandırdı
18 yaşlı sərvət - Arda pul qazandırır
Ançelottidən Arda Güler açıqlaması
Arda Güler zədələndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər