Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Bakıda Dünya Kubokunun açılış mərasimi oldu
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edilib.
Sonra iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu deyən nazir, Azərbaycanın idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Yarışa aprelin 21-də yekun vurulacaq.

Oxşar xəbərlər
Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Bakıda keçiriləcək dünya kuboku “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Bakıda keçiriləcək dünya kubokuna 200-dən çox idmançı qatılacaq
Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin