reklam
1-ci Liqada cəzalar açıqlandı -
Sportfm.az xəbər saytı

1-ci Liqada cəzalar açıqlandı -QƏRAR


AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda 1-ci Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Mingəçevir” – “İmişli” oyununun 80-ci dəqiqəsində “İmişli” klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “İmişli” klubu 150 manat cərimə edilib.

“İrəvan” – “Araz Saatlı” oyununun 50-ci dəqiqəsində “İrəvan” klubunun 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “İrəvan” klubu 50 manat cərimə edilib.

“İrəvan” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Zaqatala” – “Karvan” oyununun 54-cü dəqiqəsində “Karvan” klubunun 10 nömrəli futbolçusu Akif Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Karvan” klubu 150 manat cərimə edilib.

“Zaqatala” – “Karvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

MOİK – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilib.

Oxşar xəbərlər

“İrəvan”a cəza üstünə cəza...
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
AFFA klubları cərimələdi və cəzalandırdı
“Karvan”a xəbərdarlıq edildi - azarkeşlərə görə
Hakimi təhqir edən futbolçuya ağır cəza - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər