Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın sabiq oyunçusu "Qəbələ"də baş məşqçi təyin edildi
"Qəbələ” Futbol Klubunda yeni təyinat gerçəkləşib.
Sportfm.az xəbər verir ki, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. O, 2015-ci ildən məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək.
Futbolçu kimi "Şəfa” (1997-1999), "İnter” (1999-2007), "Xəzər Lənkəran” (2007-2008), "Neftçi”nin (2008-2011) şərəfini qoruyan Baxşıyev karyerasını "Qəbələ”də (2012-2013) başa vurub. Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, "Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib. 2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan Baxşıyev yığmada 32 görüşdə iştirak edib.
Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri "Neftçi”nin U-19 komandası olub.
Oxşar xəbərlər
"Qəbələ"də yeni məşqçi - Təyinat
“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİ RƏSMİ
Qələbəyə həsrət "Neftçi" və qol vurmadan meydanı tərk etməyən ağdamlılar
Xavyer Ernandes "Qəbələ"də
Qurbanov "Qarabağ"ı "Qəbələ"yə dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası