reklam
Elmar Baxşıyev istefa verdi
Sportfm.az xəbər saytı

Elmar Baxşıyev istefa verdi


“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Sportfm.az xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün qalibi olub.

“Qəbələ” İdman Klubu Elmar Baxşıyevə komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Oxşar xəbərlər

“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİ RƏSMİ
"Qəbələ"nin baş məşqçisi Cavid Hüseynov olacaq - ÖZƏL
“Qəbələ”də məşqçilər korpusu ilə yeni müqavilə imzalandı
Ramiz Məmmədov, Roman Qriqorçuk və Elmar Baxşıyev
"Qəbələ"də 100-cü oyunu - Elmar Baxşıyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər