reklam
Avropa çempionu güllələndi -
Sportfm.az xəbər saytı

Avropa çempionu güllələndi -Hadisə


Boks üzrə Avropa çempionu Besar Nimani güllələnərək öldürülüb.
Sportfm.az xəbər verir ki, hadisə Almaniyanın Bilefeld şəhərində baş verib.

38 yaşlı sabiq boksçu bərbərdən çıxdıqdan sonra evinə gedərkən şəhərin mərkəzində silahlı toqquşma zamanı aldığı xəsarət nəticəsində ölüb. Polis araşdırmalara başlasa da, hələ ki, heç bir şübhəli saxlanılmayıb.

Maraqlıdır ki, Nimani 2013-cü ildə də silahlı hücuma məruz qalmışdı.

Qeyd edək ki, Kosovo vətəndaşı olan Besar Nimani 1997-ci ildə Almaniyaya köçüb. Boksçu Avropa çempionu titulunu və Beynəlxalq Boks Federasiyasının qitələrarası kəmərini qazanıb. Nimani 2019-cu ildə karyerasını bitirib.

Oxşar xəbərlər

Məşhur boksçu karyerasını bitirdi
Kikboks üzrə Avropa çempionumuz güllələndi
Dünya çempionu öldürüldü
Sabiq dünya çempionu azadlığa buraxıldı
Olimpiya çempionu Rio-de-Janeyroda silahlı hücuma məruz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər