reklam
Sabiq dünya çempionu azadlığa buraxıldı
Sportfm.az xəbər saytı

Sabiq dünya çempionu azadlığa buraxıldı


Sabiq dünya çempionu azadlığa buraxılıb. 
Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət peşəkar boks üzrə eks dünya çempionu, argentinalı Xorxe Barriosdan gedir. Dünyanın sabiq ən güclü boksçusu 2010-cu ildə baş verən hadisə ilə bağlı həbs edilib. Avtomobil qəzası nəticəsində 22 yaşlı hamilə qadının ölümünə səbəb olan idmançı, hadisə yerindən qaçıb. Sonradan yaxalanan Barrios girov qoyaraq azadlığa çıxıb. 2014-cü ildə haqqında yenidən cinayət işi açılan boksçu 3 illik həbs cəzasına məhkum edilib. 
Qeyd edək ki, "Kaftar" ləqəbli idmançı bundan öncə, kikboks üzrə dünya çempionu Xorxe Kaliylə yaşadığı münaqişəyə görə polis tərəfindən yaxalanmışdı. 


Oxşar xəbərlər

Dünya çempionu işdən çıxarıldı - FOTO
Dünya çempionu kredit kartını oğurladı
Alveş azadlığa buraxıldı - 1 milyon avro girov müqabilində
Avropa çempionu güllələndi - Hadisə
Dünya çempionu faciəli şəkildə dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər