reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın qapıçısına tərif yağdırdı


Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov "Qarabağ"da çıxış edən Andrey Lunyov haqda danışıb.

Sportfm.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis Lunyovu xaricdə çıxış edən ən yaxşı rus qapıçı adlandırıb:

"Lunyov indi Rusiyanın ən yaxşı qapıçısıdır? Xeyr, biz onu digər qapıçılarla müqayisə edə bilmərik. Çünki o, Rusiya Premyer Liqasında oynamır. Digər qapıçılarımız isə indi avrokuboklarda çıxış etmirlər. Lunyov xaricdə oynayan ən yaxşı rus qapıçıdır. Amma bizim klublar avrokuboklarda oynamadığından, düzgün müqayisə aparılmayacaq.

Andrey martda millidə bir nömrə olacağını deyə bilmərəm. Bütün qapıçılar Novoqorskdakı təlim-məşq toplanışına gələndə ilk olaraq məşqdə onlara baxıb söhbət edəcəm. Bundan sonra kimin hansı matçda oynayacağına və neçə qapıçının meydanda olacağına qərar verəcəm".

Oxşar xəbərlər

"“Lunyovun dirçəlişi” olduğunu deyə bilmərəm" - rusiyalı qolkiper
Andrey Lunyov Bakıya qayıtdı
Lunyov ehtiyatda qaldı
“Qarabağ”ın qapıçısının durumu məlum oldu
“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılacaq - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər