Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisinin məşqçisi dünyasını dəyişdi
Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib.
Sportfm.az xəbər verir ki, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib.
1959-cu il fevralın 1-də Ağsu rayonunda anadan olan Məmmədyarov uşaq yaşlarından sərbəst güləşlə məşğul olmağa başlayıb. O, dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub, həmçinin veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb.
Mütəxəssis 2008-ci ildən sərbəst və qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarında çalışıb. Məşqçinin fəaliyyəti dövründə pəhləvanlar dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar əldə ediblər.
Səmərəli fəaliyyətinə görə “Əməkdar məşqçi” fəxri adına layiq görülən Həsrət Məmmədyarov “Tərəqqi” medalı ilə də təltif olunub.

Oxşar xəbərlər
Millimizin yeni baş məşqçisi açıqlandı
AGF-nin sabiq prezidenti dünyasını dəyişdi - 91 yaşında
Boks millilərinin keçmiş baş məşqçisi dünyasını dəyişdi
Azərbaycanlı məşqçi dünyasını dəyişdi - 73 yaşında
Yığmamızın sabiq baş məşqçisi vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı

Misli Premyer Liqası