reklam
Azərbaycan millisi Türkiyəyə məğlub oldu
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Türkiyəyə məğlub oldu


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşıb. İstanbulun “Sinan Erdem” İdman Sarayında keçirilən görüş saat 20:00-da başlayıb. Görüş Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:14, 25:16, 25:22).

Qeyd edək ki, Türkiyə 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.

Oxşar xəbərlər

Millimiz Türkiyəyə qarşı - Avropa çempionatı
Yığmamız Belçikaya uduzdu
Türkiyə millisi ABŞ-a qalib gəldi - DÇ-2026
Azərbaycan millisi Türkiyəyə qarşı - Avropa çempionatı
Yığmamız son oyunda da uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər