reklam
“Zirə” – “Kəpəz” oyununun stadionu dəyişdirildi
Sportfm.az xəbər saytı

“Zirə” – “Kəpəz” oyununun stadionu dəyişdirildi


Azərbaycan Premyer Liqasının 27-ci turunun “Zirə” – “Kəpəz” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün PFL-ə müraciət edib.

Stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq “Zirə” – “Kəpəz” matçının mərkəzi arenada təşkili qərara alınıb. Oyun martın 16-da, saat 16:00-da keçiriləcək.

“Zirə” Azərbaycan kubokunun yarımfinal oyunundan etibarən Zirə İdman Kompleksinin stadionuna qayıdacaq.

Oxşar xəbərlər

"Zirə"nin Slovakiya klubu ilə matçının biletləri satışa çıxarılır
"Kəpəz" "Qarabağ"la Bakıda oynayacaq - Misli Premyer Liqası
“Kəpəz” – “Neftçi” matçının başlama saatı açıqlandı - Misli Premyer Liqası
"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirildi - Premyer Liqa
"Kəpəz" - "Zirə" və "Neftçi" - "Qəbələ" oyunlarının məkanı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər