"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirildi -Premyer Liqa
"Zirə" klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.
"Qartallar" bununla bağlı Premyer Liqanın V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, "Zirə" klubunun rəsmi müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.
Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Oxşar xəbərlər
“Qarabağ” – “Neftçi” oyununun başlama saatı - Azərbaycan Premyer Liqası
"Neftçi" - "Zirə" matçının yeri dəyişdirildi - Azərbaycan Premyer Liqası
“Qarabağ” – “Qəbələ” matçının yeri dəyişdirildi - Premyer Liqa
“Keşlə”– “Zirə” oyununun vaxtı dəyişdirildi
"Qəbələ" – "Zirə" oyununun vaxtı və yeri dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası