reklam
“Qalatasaray” “Beşiktaş”ı məğlub etdi -
Sportfm.az xəbər saytı

“Qalatasaray” “Beşiktaş”ı məğlub etdi -Türkiyə Super Liqası


Türkiyə Superliqasının 28-ci turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Sportfm.az xəbər verir ki, oyunu Halil Umut Melerin rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.

Oyun erkən qolla başlayıb: artıq 2-ci dəqiqədə “Qalatasaray” Əl-Müsrətinin avtoqolundan sonra hesabda irəli çıxıb. Kərəm Dəmirbayın künc ötürməsindən sonra cərimə meydançasında yaranan qarışıqlıqda Əl-Müsrəti topu səhvən tora göndərib.

19-cu dəqiqədə “ağ-qaralar” hesabı bərabərləşdirməyə yaxın olublar: Milot Raşitsanın kornerdən atdığı top qapı tirinə dəyərək meydanı tərk edib.

40-cı dəqiqədə “sarı-qırmızılar” fərqi artırmağa cəhd etsə də, qapıçı Mert Günokun inamlı oyunu komandanı qoldan xilas edib. Bənzər epizod bu dəfə “Qalatasaray”ın qapısı qarşısında olub: 61-ci dəqiqədə qapıçı Muslera Gezzalın zərbəsini dəf edib.

88-ci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Omar Kolli sərt oyuna görə qırmızı vərəqə alaraq matçdan qovulub.

Beləliklə, oyun qonaqların minimal üstünlüyə ilə başa çatıb – 0:1.

Oxşar xəbərlər

Millimizin üzvü "Qalatasaray"la Türkiyə çempionu oldu
Bu gün derbi var - "Qalatasaray" - "Beşiktaş"
"Fənərbaxça" və "Beşiktaş" qələbə qazandı - Türkiyə Super Liqası
İstanbulda olaylı derbi - İki qırmızı vərəqə
"Qalatasaray" pley-offa yüksəldi - "Beşiktaş" və "Alanyaspor" mübarizəni dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər