İstanbulda olaylı derbi -İki qırmızı vərəqə
Türkiyə Super Liqasının XIII turunda İstanbul derbisi gerçəkləşib.
Sportfm.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" komandaları arasında baş tutan prinsipial qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Baş hakim Halil Umut Melerin idarə etdiyi görüşdə ilk qolu 16-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Kerem Aktürkoğlu vurub. 31-ci dəqiqədə Mesut Özil bərabərlik qolunun müəllifi olub.
83-cü dəqiqədə "Fənərbaxça"dan Marsel Tisseran meydandan qovulub. Bununla belə, qonaqlar 90+4-cü dəqiqədə Migel Kresponun qolu ilə qalibiyyətə imza atıblar.
Görüş zamanı referi bir sıra mübahisəli qərarları ilə diqqət çəkib. Onun idarəçiliyi xüsusən "sarı-qırmızılar"ın düşərgəsində etirazla qarşılanıb. Baş hakimin epizodlara lazımi reaksiya verə bilməməsindən narazılıq ifadə edən meydan sahibləri Mbaye Diaqnenin qolunun qeydə alınmamasına da mənfi yanaşıblar. Komandanın baş məşqçisi Fatih Terim Melerə narazılığını bildirdikdə ayrı-ayrı vaxtlarda iki dəfə sarı vərəqə alaraq, meydandan qovulub. Onun rəqib həmkarı Vitor Pereyra isə sarı vərəqə ilə cəzalanıb.
Digər tərəfdən, referi hər komandadan 4 futbolçuya sarı vərəqə göstərib.
Bu nəticədən sonra "Fənərbaxça" 23 xalla 5-ci, "Qalatasaray" 21 xalla 8-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
İstanbul derbisində qalib müəyyənləşmədi - Super Liqa
Bugün İstanbulda həyat duracaq - Derbi var
"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi - Türkiyə Super Liqası
Messi 2 qol vurdu, "Barselona" uduzdu - FOTO
Əliyar Ağayev Avropa Liqasında: Penalti, 6 sarı, 1 qırmızı vərəqə - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası