"Qalatasaray" pley-offa yüksəldi -"Beşiktaş" və "Alanyaspor" mübarizəni dayandırdı
Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib.
Sportfm.az xəbər verir ki, "sarı-qırmızılar" III təsnifat mərhələsində Xorvatiya "Hayduk"unu məğlubiyyətə uğradıb - 2:0. Hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib.
"Qalatasaray" pley-offda "Villem II" (Hollandiya) - "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Türkiyənin digər təmsilçiləri "Alanyaspor" Norveçin "Rusenborq"a minimal hesabla uduzub - 0:1. "Beşiktaş" isə Portuqaliyanın "Riu Ave" komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib. "Qara qartallar"dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda penaltilər seriyasında "Riu Ave" daha dəqiq olub - 4:2.
Oxşar xəbərlər
Hoşcakal, "Beşiktaş" - Türkiyə Kuboku
"Qalatasaray" 1/4 finalda - Türkiyə Kuboku
"Qalatasaray"ın xorvatlar üzərindəki qalibiyyəti - VİDEO
"Qalatasaray" - "Hayduk" 2:0 - VİDEO
Rayan Babel "Qalatasaray"dan gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası