reklam
Azərbaycan taekvondoçusu Tehranda fəxri kürsüyə qalxdı
Sportfm.az xəbər saytı

Azərbaycan taekvondoçusu Tehranda fəxri kürsüyə qalxdı


Taekvondo üzrə Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində ilk medalını qazanıb.
Sportfm.az xəbər verir ki, G1 kateqoriyalı yarışda Rahid Vəliyev fərqlənib.

54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçu bürünc medala sahib çıxıb.

Turnirə bu gün yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan millisi “Fəcr Open” turnirindən sonra Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin Kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək.

Oxşar xəbərlər

Son gündə daha bir medal
Taekvondoçularımız Prezident Kubokunda 2 medal qazandı
Azərbaycan millisi İrana yollanır - Beynəlxalq turnir
Cavad Tehranı coşdurdu - UĞUR
İdmançımız İranda fərqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər